Goranboyda 3.1 bal gücündə zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, təbiət hadisəsi yerli vaxtla saat 07:22-də Gəncə stansiyasından 34 km şərqində baş verib.
Zəlzələ 25 km dərinlikdə qeydə alınıb.