Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək

“Sertifikatlaşdırma imtahanında təkrar iştirak etməyən müəllimlərin əmək müqaviləsinə xitam veriləcək”.

Bu sözləri Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Təhsil masası”nda deyib.

Onun sözlərinə görə, ilk sertifikasiyada uğursuz nəticə göstərənlər növbəti imtahanda iştirak etməsə, onlar təkrar olaraq imtahandan kəsilmiş sayılacaqlar və onların əmək müqaviləsinə xitam veriləcək:

“Təkrar imtahanda iştirak edə bilməyən namizədlər üçün hər hansısa bir güzəşt tətbiq olunmur. İlk imtahanda müəllim, tutaq ki, hansısa üzrlü səbəbdən iştirak etməyib. Bunun üçün təkrar imtahan var. Amma təkrar imtahanda da iştirak etmirsə, artıq buna güzəşt olmur”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ