Dəm qazının qurbanı olan 16 yaşlı Cəmilə...

Mayın 15-də Bakının Binəqədi rayonunda yerləşən mənzildə 2007-ci il təvəllüdlü Cəmilə Rəhimova dəm qazından boğularaq ölüb.

“Qafqazinfo” xəbər verir ki, bədbəxt hadisə nəticəsində həyatını itirən qız 132-134 nömrəli Təhsil Kompleksinin X sinifinin nümunəvi şagirdlərindən imiş. O, həm də H.Sarabski adına 7 saylı uşaq musiqi məktəbində təhsil alırmış.

Bildirilir ki, Cəmilə həmin gün dərsdən evə gəldikdən sonra hamam otağına keçib və orada dəm qazından boğularaq dünyasını dəyişib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ