Beynəlxalq Qızıl Xaç Komitəsi Laçın yolunda fəaliyyətini dayandırdı

Beynəlxalq Qızıl Xaç Komitəsi Laçın yolunda fəaliyyətini dayandırıb.

Bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni bildirib.

O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) özü Laçın yolu ilə humanitar fəaliyyətini dayandırıb,

Amatuninin sözlərinə görə, bəzi prosessual məsələlərin aydınlaşdırılmasına ehtiyac var. O, prosesin tezliklə yenidən başlayacağına ümid edir.

“Hazırda prosedurların aydınlaşdırılması və fəaliyyətimizi bərpa etmək üçün qərar qəbul edən strukturlarla dialoq aparılır”, – Amatuni deyib.

Qeyd olunur ki, Beynəlxalq Qızıl Xaç Komitəsi aprelin 29-dan sonra xəstələri daşımayıb, dərmanların tədarükü də dayandırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ