Kəlbəcərdə yollar qardan təmizlənib - video

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Kəlbəcər rayonuna yağan qar nəticəsində müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlər aradan qaldırılıb.

Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bütün yollar boyu təhlükəsiz və fasiləsiz hərəkət təmin olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ