“Dağ boyda” Seymur Talıbov pis vəziyyətə düşdü - video

Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verəndən sonra qeybə çəkilib. Maraqlıdır ki, təkcə “xan” həzrətləri deyil, məiyyəti də görünməz olub. Özündən fərqli olaraq, oğul-uşağı arabir görünsə də, camaat onları “görmür”, ya da görmək istəmir... 

Yenisabah.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin bu gün keçirilən sessiyası maraqlı görüntülərlə yadda qalıb. Vasif Talıbovun Naxçıvan Ali Məclisinin deputatı olan oğlu Seymur Talıbovun parlament binasına gəlişi müzakirələrə yol açıb. Buna səbəb “dağ boyda” Seymuru görən adamların özlərini görməməzıliyi vurması olub. Oğul Talıbov iri cüssəsi ilə xeyli məsafə qət etsə də, ətrafdakı adamların heç biri ona yaxınlaşmayıb. Nəinki yaxınlaşan, dilinin ucu ilə salam verən, başını yırğalayan da olmayıb. 

Nahaq deməyiblər ki, dünya etibarsızdır. Vaxt vardı, talıbovlardan kimsə küçədə görünəndə insanlar dərhal ətrafında cəm olur, onun gözünə xoş görünməyə çalışırdılar. İndi isə ümumiyyətlə gözə görünməməyə çalışırlar...

Dəyişən Seymurdu, yoxsa insanlar? 

Deyim: Seymur əvvəlki görkəmi ilə yerindədir. Onun qarşısına çıxanlar da həmin insanlardır. Dəyişən bircə vəzifədir. “Vəzifə atını” indi Vasif Talıbov deyil, başqaları çapır...

Məşhur bir atalar sözü var: Atdan düşənə yorğan-döşək, eşşəkdən düşənə qazma, kürək verərlər. Amma bu əvvəllər idi. İndi atdan düşənin altındakı döşəyi çəkirlər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ