Bakıda “AA” nömrəli maşının sürücüsü qayda pozub yolu kəsdi - video

Bakıda yol hərəkəti qaydalarını pozan xanım sürücünün videosu kameraya düşüb. 

Avtosfer.az xəbər verir ki, hadisə mayın 13-də, paytaxtın Hüseyn Cavid prospektində baş verib.

Belə ki, 10-AA-579 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü öncəqoşa xəttin tələbini pozaraq əks yola çıxıb, daha sonra svetoforun qırmızı işığından keçərək yolayrıcına daxil olan avtomobilə qəza şəraiti yaradıb. Bu azmış kimi o, bir az qarşıda qoşa xəttin tələbini pozaraq sola dönüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ