Məktəbdə acınacaqlı vəziyyət: Özlərini dolandıra bilmirlər, qızları necə oxutsunlar?

Sosial şəbəkələrdə Kürdəmirin Sığırlı kənd C.Əsgərov adına tam orta məktəbində qızların təhsildən yayınma halları, müəyyən sinifdən sonra məktəbdən uzaqlaşdırıldıqları haqda məlumatlar yayılıb.

Buta.media xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən C.Əsgərov adına tam orta məktəbin direktoru Bəycan Mürşüdov 9-cu sinifdən sonra qızların təhsillərini davam etdirmədiyini bildirib:

"Valideynlərin qızları oxumağa qoymaması ilə bağlı deyilənlər yalandır Hazırda məktəbimizdə 95 qız təhsil alır. 9-cu sinifə qədər təhsil məcburidir. Amma 10-11-ci siniflərdə tədris könüllü olduğu üçün qız şagirdlərinin sayı azdır. Yuxarı siniflərdə hər qrupda 3-4 qız var. Kənd yeridir iş yoxdur. Özlərini dolandıra bilmirlər, qızlarını necə oxutdursunlar? Onun əyninə, başına, geyinməyinə pul lazımdır. 9-10-cu sinifdən çıxıb, texnikoma gedən qız şagirdlər də var. Keçən il yuxarı siniflərdə 7 qız var idi. Onlardan 6-sı ali məktəbə qəbul oldu. Ən yüksək 582 balla Qaybalıyeva İlahə Daşdəmir qızı İqtisad Universitetinə qəbul oldu."

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ