Külək Salyanda yaşayış binasının damını uçurdu - video

Ötən gündən bəri əsən güclü külək Salyan rayonunda fəsadlar törədib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Qalalı qəsəbəsi, Ağabəyli küçəsi 1 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının damı uçub. Nəticədə ətrafdakı avtomobil və qarajlara ciddi ziyan dəyib.

Qeyd edək ki, mayın 13-dən etibarən Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ