Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada infeksiyaya 10 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 13 nəfər sağalıb, xəstəlikdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 831 658 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 292 nəfər müalicə olunaraq sağalıb, hazırda 98 aktiv xəstə var. Bu günə qədər 10 268 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 737, bu günə qədər isə ümumilikdə 7 604 359 test icra olunub.