Ötən gün Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbəsinin yüksək mərtəbədən yıxılmasına dair yayılan görüntülərə aydınlıq gətirilib.
Universitetdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə təxminən 5-6 ay bundan əvvəl baş verib.
“Tələbə sadəcə bir mərtəbə aşağı düşüb. Yara və zədə almayıb”, - deyə cavabda qeyd olunub.
Qeyd edək ki, görüntülərdə tələbənin riskli hərəkətlər edərkən tarazlığını itirərək yıxıldığı anlar əks olunub.