Bakıda avtomobil yanıb, iki nəfər ölüb - video

Bakının Xəzər rayonunda avtomobilin yanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Binə qəsəbəsində baş verib.

“Chevrolet”, “Lifan” və “Ford” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində “Lifan” markalı avtomobil yanıb. İlkin məlumata görə, yanan minik avtomobilində olan 2 nəfər yanaraq ölüb.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub və yanğın söndürülüb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ