Bu gün Bakıda yeniyetmə qız özünü çoxmərtəbəli binadan atıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Nərimanov rayonu, Bakıxanov küçəsində - Bakı Zooloji parkı ilə üzbəüz ərazidə baş verib. 2009-cu il təvəllüdlü M.Məmmədova (şərti) özünü 14 mərtəbəli binadan atıb. O, hadisə yerində vəfat edib.
Prokurorluqdan faktı təsdiq etsələr də, əlavə məlumat verilməyib.
Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.