Bakının mərkəzində “Prius” “Hyundai” “aşırtdı" - video

Ötən gecə Bakının mərkəzində yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Səbail rayonu ərazisində - Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində “Toyota Prius” və “Hyundai İX35” markalı avtomobillər toqquşub. Zərbənin gücündən “Hyundai İX35” aşıb.

Hadisə nəticəsində maşına ciddi ziyan dəyib. 

İlkin məlumata görə, qəzaya “Toyota Prius”un işıqaforun qırmızı işığında hərəkətini davam etdirməsi səbəb olub.

Qəzadan sonra ərazidə uzun tıxac yaranıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ