Özümü günəşə vermək üçün bir-iki həftəliyinə Dubaya getmişdim
Buta.media-nın məlumatına görə, bunu Azərbaycanın sabiq Baş naziri Artur Rasizadə "Demokrat.az" xəbər portalına müsahibəsində deyib.
O bildirib ki, Dubaydan yeni qayıdıb:
"Dubaydan yeni qayıtmışam. Özümü günəşə vermək üçün bir-iki həftəliyinə Dubaya getmişdim. Orada istirahət edirdim. Artıq Azərbaycanda da havalar istiləşib. Ona görə də hazırda Bakıda dincəlirəm".