Rusiya səfiri: Əliyev və Paşinyan Moskvada görüşəcəklər

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada görüşəcək.

Bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bəyan edib.

O, jurnalistlərə açıqlamasında “tezliklə Moskvada görüş olacaq” deyib.

Kopırkin həmçinin əlavə edib ki, Rusiya Cənubi Qafqazda sülhün bərqərar olması üçün fəal vasitəçilik səyləri göstərir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ