Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin iştirakı ilə Brüsseldə danışıqlar aparacaq.
Bu barədə “Financial Times” (FT) nəşri danışıqların hazırlanmasında iştirak edən rəsmilərə istinadən məlumat yayıb.
“Avropa Şurasının prezidenti Şarl Mişel bazar günü (mayın 14-də) Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş təşkil edəcək”, - FT yazır.
Nəşrin adının çəkilməsini istəməyən mənbələrindən biri Brüsseldəki görüşün “mühüm irəliləyiş əlaməti” olduğunu bildirərək, Aİ və ABŞ-ın səylərinin bir-birini tamamladığını qeyd edib.