Həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev əfv edilib.
Bununla bağlı bu gün Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə məhkum edilmiş Əli Əliyev əfv olunub.
Qeyd edək ki, partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. Partiya sədri əvvəlcə üç müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunduğu üçün 1 il müddətə azadlıqdan məhrum edilmişdi. Daha sonra təcridxanada kamera yoldaşına xəsarət yetirdiyi üçün cəza müddəti 2026-cı ilə qədər uzadılmışdı.