Bakıda estetik əməliyyatı zamanı komaya düşən gənc qız vəfat edib.
Qafqazinfo-nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 23 yaşlı Arzu Əzimova tibbi müdaxilələrə baxmayaraq dünən vəfat edib.
Məlum olub ki, o, 5 gün əvvəl Sabunçu rayonu ərazisidəki “Medicare” özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirib və orada komaya düşüb.
Faktla bağlı araşdırma aparılır.