Bakıda 10-15 min manata həyət evləri satılır - video

Elan saytlarında Bakının ətraf qəsəbə və kəndlərdə 10-15 min manata təmirli evlər satılmaqdadır.

Bir sot və ya daha az torpaq sahəsində tikilən evlər əsasən 1 otaq və kiçik mətbəxdən ibarət olurlar. Bəzən isə həmin evlər mətbəx və hamam olmadan inşa edilir.

Tikinti məsələləri üzrə ekspert Muxtar Ərturan “Xəbər Ertəsi”nə bildirib ki, son dövrlər əmlak alqı-satqısı ilə məşğul olanlar bu işi dırnaqarası biznesə çeviriblər. Həmin şəxslər əvvəlcə torpaq sahəsi alır, daha sonra sahəsi kiçik mənzillər tikib, ucuz qiymətə satışa çıxarırlar.

Ekspert deyir ki, ucuz həyət evlərinə daha çox Xırdalan, Binəqədi, Yasamal və digər ərazilərdə rast gəlmək mümkündür. Onun sözlərinə görə, həmin mənzillərin bünövrəsi də dayanıqsız olur.
Eyni zamanda evlərin təmiri də zəif olduğundan bir müddət sonra bərpasına yenidən ehtiyac yaranır. Bir sözlə, belə ucuz evlərin sonradan böyük problemləri ortaya çıxır.

O, əlavə edib ki, fərdi yaşayış evi alarkən mənzilin tikinti normaları əsasında inşa edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ