Bakıda uşağı vəhşicəsinə döydülər - FOTO

Bakıda ana uşağının vəhşicəsinə döyüb.

Buta.media-nın məlumatına görə, bu barədə “Qadın və uşaq sığınacağı”  təşkilatı facebookda məlumat yayıb.

Bildilir ki, Bakıda döyülmüş uşaq tapılıb. 

40-cı polis bölməsinin əməkdaşları küçədə təkbaşına gəzən uşaqla rastlaşıb. Sığınacağa gətirilən uşağın bədənində dəhşətli döyülmə izləri aşkarlanıb. Azyaşlı onu anasının döydüyünü deyib və sığınacaqdakılardan özünü bir daha anasının yanına aparmamağı xahiş edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ