Blinken: Bakı və İrəvan davamlı sülh sazişinə doğru irəliləyiş əldə edib

Azərbaycan və Ermənistan ABŞ-də keçirilən danışıqlarda davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə edib.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünün yekununa həsr olunmuş mətbuat konfransında bildirib.

“Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib”, - ABŞ diplomatı bildirib.

“Düşünürəm ki, danışıqların tempi və həmkarlarımızın qoyduğu bünövrə onu göstərir ki, biz həqiqətən də sülh razılaşmasına çatmaq ərəfəsindəyik. İstənilən marafonun son mərhələsi həmişə ən çətin olanıdır. Biz bunu bilirik”, - Blinken əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ