Bakı-Şamaxı yolunda ana və 3 yaşlı qızını avtomobil vurdu - video

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün saat 10:17 radələrində yolun 21-ci kilometrliyində Allahverdiyev Vüqar Vahid oğlunun idarə etdiyi “Isuzu” markalı 77-JD-470 nömrə nişanlı yük avtomobili yolu keçməkdə olan 1996-cı il təvəllüdlü Əzməmmədova Əfsanə Aydın qızını və onun 3 yaşlı övladı Əzməmmədova Aylin Murad qızını vurub.

Hadisə nəticəsində Əfsanə Əzməmmədova həyatını itirib, azyaşlı qızı isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ