Qəbələdə yol qəzasında iki nəfər ölüb

Daxili İşlər Nazirliyi Qəbələdə baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Tofaş” markalı avtomobilin sürücüsü, polis nəfəri - 1992-ci il təvəllüdlü İlham Cabbarlının idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. 

Nəticədə sürücü və 32 yaşlı sərnişin Hafiz Mahmudlu hadisə yerində vəfat edib. Digər sərnişin Elşad Əzizli isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ