Bu gündən etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir.
Təklifdə ““Trendyol” siparişlerini artık Azerbaycan adresinde teslim alabilirsin” seçimi yer alıb.
Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə bilərlər. Eyni zamanda sifarişçi adres olaraq öz ev ünvanını qeyd edərək, malın evinə təslim edilməsini seçə bilər.
Qeyd edək ki, indiyədək “Trendyol”un Azərbaycana birbaşa çatdırılma xidməti yox idi.
Belə ki, indiyədək vətəndaşlar sifariş üçün Azərbaycan karqo şirkətlərinin Türkiyə anbarını yazırdı, mal həmin anbara daxil olduqdan sonra ölkəyə göndərilirdi.
Bununla belə vətəndaşlar əvvəlki qaydada sifarişlərini Azərbaycanla yanaşı, digər ölkələrdən də "təslim al" bölməsini seçə bilər.