Aprelin 24-də İmişlidə baş vermiş ağır qəzada xəsarət alan qız Bakıda xəstəxanada vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, həmin gün saat 23 radələrində İmişli-Bəhrəmtəpə yolunun Rəsullu kəndindən keçən hissəsində 1956-cı il təvəllüdlü Aydın Xankişiyevin idarə etdiyi “Lexus L570” və 1960-cı il təvəllüdlü Qaytaran Aslanovun sürdüyü “Mitsubishi Pajero” markalı avtomobilər toqquşub.
Q.Aslanovun avtomobilində olan sərnişin, 16 yaşlı İmanova Səma Sədi qızı ağır xəsarətlər aldığından Bakıdakı Respublika Nevrocərrahiyə Xəstəxanasına gətirilib. Lakin tibbi müdaxilələrə baxmayaraq o, mayın 2-də müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, qəzada iştirak edən “Lexus L570” markalı avtomobilin sürücüsü Aydın Xankişiyev İmişlidə tanınmış iş adamlarından biridir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.