Bakıda bir manata dönər satılır: Ölmüş heyvanın ətindən hazırlanır? - video

Bakıda bəzi yerlərdə dönər və ayran bir manata satılır. Əsasən metroların giriş-çıxışında bu qiymətə dönərlərə rast gəlmək mümkündür.

Maraqlıdır ki, toyuq ətinin kiloqramı 6-7 AZN, mal ətinin isə 14-15 AZN-ə olduğu təqdirdə dönərlər bu qədər ucuz qiymətə necə satılır?

Nəzərə almaq lazımdır ki, ölkədə çörəyin qiyməti 70 qəpik, xiyarın kiloqramı 1,5-2,0 manat, pomidorun 2-3 manat arası, ayranın isə minimum 50 qəpikdir.

Bütün bunları özündə cəmləşdirən dönərin qiymətinin 1 manat olması təəccüb doğurur. Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “ATV Xəbər”ə bildirib ki, heç bir şəxs keyfiyyətli məhsulunu ucuz qiymətə satmaz:

“Bir çox hallarda bu ətlər ölmüş heyvanların ətləri olur”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ