Deputat bütün idman zallarında kameraların quraşdırılmasını təklif etdi

Sumqayıtda məşqçinin idman zalında uşaqla qəddar rəftarından sonra ölməsi məsələsi Milli Məclisdə qaldırılıb.

Bununla bağlı Milli Məclisin deputatı Kamal Cəfərov çıxış edib.

“Sumqayıt məktəbinin idman zalında məşqçinin 7 yaşlı Fəridə qarşı törətdiyi vəhşiliyi, amansızlığı yəqin hər biriniz izlədiniz. Görüntülərdən açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fəridə qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır. Hesab edirəm ki, bu məsələyə xüsusi yanaşmanın göstərilməsi mühümdür.  

Gənclər və İdman Nazirliyi, Olimpiya Komitəsi və Federasiyalar təcili müzakirələrə başlamalı, regionlarda fəaliyyət göstərən idman müəllimləri ilə rüblük profilaktik söhbətlər etməli, onlar üçün xüsusi davranış qaydaları hazırlayaraq, təşviq etməlidir. Eyni zamanda, bütün idman zallarında kamerların quraşdırılması məcburi olmalıdır. Buradan uşaqlarımıza demək istəyirəm ki, məşq zamanı pis rəftarla üzləşsələr, mütləq 102-yə zəng etsinlər, polisə məlumat versinlər”, - deputat bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ