Vasif Talıbovun qudası vəzifəsindən azad edilib

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru işdən azad edilib.

APA xəbər verir ki, müəssisənin direktoru Bəhruz Əzimov öz ərizəsi əsasında vəzifəsindən çıxarılıb.

Artıq onun yerinə təyin olan şəxsin adı məlumdur. Belə ki, Cəlal Mehdiyev müəssisənin direktoru təyin olunub.

Qeyd edək ki, Bəhruz Əzimov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qudasıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ