Azərbaycanda bu tipli soyad dəbə minib

“Aprel ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına soyadların dəyişdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən 45 müraciət daxil olub”.

Buta.media-nın məlumatına görə, bunu “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

O bildirib ki, müraciətlərdə qeyd olunan soyadlarda daha çox coğrafi adlara və toponimlərə üstünlük verildiyi müşahidə edilib. 

Onun sözlərinə görə, ən çox müraciət olunan toponim soyadlar Qazax rayonu ilə bağlı olub: “Ümumiyyətlə, Azərbaycanda son aylar yer adları ilə bağlı soyad götürmək istəyənlərin sayı çoxalıb. Soyad götürmək istəyən Azərbaycan vətəndaşları daha çox coğrafi adlara və toponimlərə üstünlük veriblər. Bu soyadlarda ən çox Qazax rayonu üstünlük dəşkil edir. Növbəti yerlərdə Şuşa və Laçın rayonlarının adlarını özlərinə soyad götürmək istəyənlərin müraciəti qeydə alınıb. Eyni zamanda “oğlu” və “qızı” sözlərindən istifadə etməklə soyad götürmək istəyənlərin də sayı artıb”.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində -ov və -yev soyad sonluqları, demək olar ki, qeydə alınmır: “Çünki 2010-cu ildən soyadlarda –ov və -yev sonluqlarının qeyd olunmamasına başlanılıb. Daha çox –lı, -li, -lu, -lü, -gil, -soy, oğlu və qızı formasından istifadə olunur”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ