Azərbaycanda koronavirus: 6 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 6 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 6 nəfər isə sağalıb, 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 831 386 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 873 nəfər müalicə olunaraq sağalıb, hazırda 271 aktiv xəstə var. Bu günə qədər 10 242 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 679, bu günə qədər isə ümumilikdə 7 590 936 test icra olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ