Ermənilər yeni sərhəd-buraxılış məntəqəmizdən keçirlər - video

Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında quraşdırdığı sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər yayılıb.

Görüntülərdən sərhədçilərimizin qaydalara uyğun olaraq sərhədi keçən ermənilərin pasport yoxlanışını həyata keçirdiyini görmək mümkündür.

Xatırladaq ki, aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ