Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 831 380 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 867 nəfər müalicə olunaraq sağalıb, 10 241 nəfər vəfat edib, aktiv xəstə sayı 272 nəfərdir.
Ölkədə son sutka ərzində 753, hazırkı dövrədək isə 7 590 257 test aparılıb.
Son sutkada koronavirus (COVID-19) əleyhinə 228 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 138, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 26, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 6 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 960 874, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 697, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 881 243, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 779, pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 155 təşkil edir.