Tərtərdə mina partladı - Üç nəfər öldü

Tərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə Talış-Tapqaraqoyunlu ərazisində qeydə alınıb.

Partlayış nəticəsində hər üç şəxs həlak olub. Bunlar 1982-ci il təvəllüdlü Nadir Yusifov, 1981-ci il təvəllüdlü Səxavət Gözəlov və 1996-cı ci i təvəllüdlü Fərid Sədiyevdir.

Tank əleyhinə minanın partlayışı nəticəsində həlak olanlar RPS Energy Ltd. şirkəti ilə çalışanlar olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ