Bağça müəllimləri də imtahan verəcək

Dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) təhsilverənlərin sertifikatlaşdırılması nəzərdə tutulur.

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib.

Komitə sədri qeyd edib ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi təklif edilib: “Sertifikatlaşdırılmadan keçən şəxslərə 5 il müddətində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək. Həmçinin bağçalarda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. İlk dəfə işə qəbul olunanlar 3 il müddətində sertifikatlaşdırmadan keçməyəcəklər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ