Zaxarova Laçın yolundakı vəziyyəti şərh etdi

“Laçın yolundakı vəziyyətə Rusiya Xarici İşlər Nazirliyi 24 apreldə yaydığı bəyanatda öz rəsmi mövqeyini bildirib”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova News.ru saytının jurnalisti Sona Rüstəmovanın Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurmasından sonra İrəvanın Moskvanı öz öhdəliklərini yerinə yetiməməkdə ittiham etməsi ilə bağlı sualını cavablandırarkən deyib.

O bildirib ki, hazırda istər Rusiya Sülhməramlı Kontingenti səviyyəsində, istərsə də siyasi müstəvidə Laçın yolundakı vəziyyətin siyasi yolla stabilləşdirilməsi üçün lazımi addımlar atılır.

“İnanırıq ki, tərəflər 10 noyabr razılaşmasının şərtlərini yerinə yetirəcək. Biz Ermənistan tərəfinin də bu məsələnin həllinə öz töhfəsini verməsini gözləyirik”, - Zaxarova vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ