Gəncədə xəstəxanada yanğında reanimasiyada yatan xəstə öldü

Gəncədə xəstəxanada yanğın baş verib. Qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasında qeydə alınıb. 

Yanğın zamanı reanimasiya şöbəsində yatan xəstələrdən biri tüstüdən boğularaq vəfat edib. Hazırda onun kimliyi dəqiqləşdirilir.

İlkin məlumata görə, hadisə binanın zirzəmisindəki yanğın şitində baş verib. Havalandırma borusundan binanın digər məntəqələrinə tüstü dolub. 

Qeyd edək ki, ölən xəstə ürək çatışmazlığından xəstəxanada yatırmış.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ