Azərbaycana xoş gəlmisiniz! - sərhəddə lövhə quraşdırıldı

Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində yeni lövhə quraşdırılıb.

Sosial şəbəkələrdə bununla əlaqədar fotolar paylaşılır.

Lövhədə qeyd edilir: “Diqqət! Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz!”

Xəbərdarlıq qeydi həmçinin rus və ingilis dillərində yazılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ