Prezident İTV-nin baş direktoru ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Buta.media-nın xəbərinə görə, bu barədə müvafiq sərəncamı AZƏRTAC dərc edib.

Sərəncama əsasən, Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil etdiklərinə görə “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının aşağıdakı üzvləri “Tərəqqi” medalı ilə təltif ediliblər:

Qasımov Balakişi Ələkbər oğlu

Talıbov Elman Eldar oğlu.

Qeyd edək ki, Balakişi Qasımov İTV-nin baş direktorudur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ