Akif Çovdarovun əmlakları ilə bağlı qərar dəyişdi

Keçmiş MTN generalı Akif Çovdarovun müsadirə istənilən əmlakları ilə bağlı protest təmin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.

İclasda Akif Çovdarovun yaxınlarına məxsus 13 milyon 342 min manatlıq əmlakın müsadirəsi ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş protestə baxılıb. Məhkəmə əmlakların cinayət vasitəsilə əldə edilmiş pullarla alındığı qənaətinə gəlib. Bu əsasla protest təmin edilib.

İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ