Biləsuvardakı partlayışda 35 yaşlı qadın ölüb

Ötən gün Biləsuvarda yaşayış binasındakı partlayış zamanı vəfat edən şəxsin kimliyi müəyyən olub.

Rayon prokurorluğundan verilən məlumata görə, axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib.

Bundan öncə Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilmişdi. Hazırda onların müalicəsi davam edir.
Ətraflı

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ