Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.
APA xəbər verir ki, 4 nəfərin ölümünə səbəb ailənin həyətyanı sahədə qurduqları su hovuzunun motoru olub.
Belə ki, 1941-ci il təvəllüdlü Sərnaz Tahirova su motorunun işlək vəziyyətdə olduğunu bilmək üçün su hovuzuna yaxınlaşıb. Motordan su hovuzuna elektrik cərəyanı keçirtdiyi üçün Sərnaz Tahirovanı vurub. Sərnaz Tahirova su hovuzuna düşüb. Ona köməyə gələn digər ailə üzvlərini də elektrik cərəyanı vurub.
Faktla bağlı cinayət işi açılıb.
Hadisənin dəqiq səbəbləri araşdırılır.