Hava şəraiti ilə bağlı - Xəbərdarlıq

Aprelin 22-23-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, bəzi yerlərdə arabir intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var.

Aprelin 24-də axşam yenidən qərb rayonlarından başlayaraq 25-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ