Azərbaycanda dəhşətli qəza: Ölənlərin sayı 8-ə çatdı - YENİLƏNİB

Göygöldə baş verən dəhşətli qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib. 

Buta.media onların siyahısını təqdim edir:

1995-ci il təvəllüdlü Həsənov Eldəniz Gəray oğlu

2018-ci il təvəllüdlü Həsənova Rübab Eldəniz qızı

1934-cü il təvəllüdlü Orucova Firəngiz Dəmir qızı

1958-ci il təvəllüdlü Orucova Nahidə Qəzənfər qızı

1986-cı il təvəllüdlü Camalov Aslan Əbülfət oğlu

1949-cu il təvəllüdlü Bayramov Həmid Səməd oğlu

1995-ci il təvəllüdlü Camalova Sevinc Mehman qızı

2016-cı il təvəllüdlü Camalov Hüseyn Aslan oğlu

15:17

Bu gün Gəncə-Daşkəsən avtomobil yolunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. 

Bu barədə Səhiyyə Nazirliyindən Buta.media-ya məlumat verilib.

Onlardan 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır. Bir nəfər qadın isə Gəncə şəhər Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

13:17

Göygöl rayonunda ağır yol qəzası baş verib. 

Buta.media "Report"a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində olub, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Qəzada xəsarət alanların olduğu da bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ