Azərbaycanda Rusiya istehsalı maşınların azalma səbəbi nədir? - video

Azərbaycanda satılan Rusiya istehsalı olan avtomobillərin sayı kəskin azalıb. 

Səbəb kimi alıcıların həm komfort, həm də təhlükəsizlik baxımından digər xarici markalara üstünlük verməsi göstərilir. 

Ekspertlər isə bildirirlər ki, Rusiya istehsalı olan nəqliyyat vasitələrinin indiyə qədər bazarda qalmağının əsas səbəbi qiymətinin münasib olması idi.

Rusiya istehsalı olan avtomobillərdən üz çevrilməsinin digər bir səbəbi də onların son vaxtlar qiymətinin bahalaşması ilə bağlıdır. Bunun əvəzində isə alıcılar buraxılış ili qismən köhnə olan Avropa və Asiya avtomobillərinə üstünlük verirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ