Şabranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, ölən var.
“Report” xəbər verir ki, çağırış ünvanından qayıdarkən hərəkətdə olan təcili tibbi yardım avtomobili VAZ-2107 markalı minik maşını ilə toqquşub.
Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda, təcili tibbi yardım avtomobilinin içərisində olan infarkt diaqnozu ilə xəstəxanaya aparılan 1955-ci il təvəllüdlü Məmmədov Rəfi Hüsi oğlu hadisə yerindəcə ölüb.
İlkin ehtimala görə, qəzaya səbəb VAZ-2107 markalı maşınının sürət həddini aşması olub.
Faktla bağlı araşdırma aparılır.