Nərimanov Rayon Məhkəməsində yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmədə təqsirləndirilən “İntuş” ləqəbli stilist İntizam Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Buta.media-nın məlumatına görə, Oxu.Az xəbər verir ki, məhkəmənin hökmü ilə İ.Yusifov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, İ.Yusifov yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etdiyi üçün həbs edilib.
Onun cinayət işində 13 nəfər azyaşlı qız zərərçəkmiş qismində tanınır.