"IX sinif buraxılış imtahanlarında (3 mart) iştirak edən cəmi 10795 nəfər (29%) cavab vərəqələrinə (verilən suallara hansı cavabı yazdığına) baxıb. Bu da o deməkdir ki, yerdə qalan 71% sualların cavablarına baxmayıb".
Buta.media-nın məlumatına görə, "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 29-da keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin gün baş tutan imtahanda iştirak edən 26 857 (iştirakçı sayı 34 434) abituriyent öz nəticələrinə (balına) baxıb.
DİM sədri qeyd edib ki, martın 10-da keçirilən II imtahan günündə 25 762 abituriyent öz nəticələrinə (balına) baxıb: "6973 nəfər (18%) isə cavab vərəqələrinə baxıb".
O vurğulayıb ki, martın 17-də keçirilən imtahanların nəticəsi sabah elan olunacaq: "Martın 31-də keçirilən imtahanların cavabı mayın 3-də elan ediləcək. 7,14,21 və 28 apreldə olan imtahanların cavabları isə yay qəbul imtahanlarına qədər elan olunması nəzərdə tutulur".