İmtahanda az bal topladı, özünü 15-ci mərtəbədən atdı - video

Ötən gecə Xırdalan şəhərində intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2006-cı il təvəllüdlü S.Səlimov (şərti soyadlı) şəhərin Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən özünü atıb. 17 yaşlı oğlan hadisə yerində vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, S.Səlimov orta məktəbin 11-ci sinif şagirdi olub və bir neçə gün əvvəl buraxılış imtahanı verib. Dünən imtahanın nəticələri açıqlanarkən o, gözlədiyindən az bal toplayıb. Daha sonra o, həyatına qəsd edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ