Azərbaycanda keçiriləcək “Formula-1” yarışları ilə əlaqədar Bakıdakı mərkəzi hotellərin hamısında artıq yerlər tam dolub”.
Bu barədə “Trend”ə Azərbaycan Hotel Assosiasiyasından bildiriblər.
Bildirilib ki, artıq“Formula-1” yarışları ilə bağlı paytaxtda yerləşən hotellərdə doluluq müşahidə olunur.
Mərkəzdə yerləşən hotellərdən bildirilib ki, “Formula-1”in izlənməsi mümkün olan mehmanxanalarda yerlər dolub.
“Hotellərin qiymətləri əvvəlki aylarla müqayisədə artıb. Qiymətlər hotellərin komfortuna və təqdim etdiyi xidmətlərə görə, 50-300 manat arasında yüksəlib. Belə ki, qiymətlərin bahalaşma səbəbi təkcə qalma müddəti ilə bağlı deyil. Turistlərə göstərilən xidmətlər arasında şəhərdaxili və regionlara səfərlərin təşkili də nəzərdə tutulur”, - deyə mənbədən bildiriblər.
Qeyd edək ki, 2023 “Formula-1” Azərbaycan Qran-prisi 28-30 aprel tarixlərində baş tutacaq. Qran-pri ilə bağlı ən çox bilet alanlar Böyük Britaniya və Niderland vətəndaşlarıdır.